RU

Rusiya da Zəngəzur dəhlizinin əleyhinə çıxır?- ÖZƏL

"ABŞ Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasından sonra ABŞ və Aİ-nın Ermənistanda mülki missiya adı altında yerləşdirdiyi yarım-hərbi qüvvələrinə əlavə qrup ilə qoşulması ABŞ-ın Ermənistanda tam oturuşması üçün ciddi addımdır. Həmçinin ABŞ Zəngəzur dəhlizinə nəzarəti edəcəyini planlaşdırır və bu yanaşma Ermənistanı tam qane edir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Heç bür şübhə yoxdur ki, Rusiya bu planın əlehinədir. Rusiya birmənalı şəkildə Zəngəzur dəhlizinin açılışı və ona nəzarətin 9 noyabr Moskva bəyannaməsi çərçivəsində həyata keçirilməsinə tərəfdarıdır. Əks halda Rusiya Zəngəzur dəhlizinin açılmasına ciddi mane olacaq və İranla eyni mövqedən çıxış edəcək. Moskvada Rusiya - İran strateji tərəfdaşlıq sazişinindən sonra Rusiya və İranın Zəngəzur dəhlizinin qəti əleyhinə gedəcəyi şübhəsizdir. 
Nəzərə alsaq ki, ABŞ-ın Ermənistanla sözügedən sazişi Co Bayden administrasiyası tərəfindən imzalanıb, prezident səlahiyyətlərinə yenidən başlamış Donald Tramp administrasiyasının isə bu sazişə eyni yanaşma bəsləyəsi sual altındadır. Hətta Donald Trampın ABŞ - Ermənistan arasındakı strateji tərəfdaşlıq sazişini geri çağıracağı ehtimalını da tam istisna etmək olmaz. Ümumiyyətlə Donald Tramp Vladimir Putinlə razılaşarsa ABŞ və Ermənistan arasındakı saziş əhəmiyyətsiz olacaq. İndiki vəziyyətdə Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyənlik, ancaq  Donald Tramp və Vladimir Putinin razılaşmasına və ya razılaşmamasına qədərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
36
olaylar.az

10Источники