RU

Həmin heykəl gölün dibindən götürüldü

İrkutsk vilayətində prokurorluğun tələbi ilə Baykal gölünün dibindən iki metrlik metal cəngavər heykəli götürülüb.

 

Oxu24.com xəbər verir  ki, prokurorluq “sosial şəbəkələrdəki məlumatlarla əlaqədar” araşdırma apardıqlarını bildirib.

 

Bir əlində qalxan, digərində gəmi zəngi olan cəngavər heykəli 2024-cü ilin dekabrında  dalğıc mərkəzi tərəfindən gölün dibinə  quraşdırılıb.

 

Bu heykəl  İrkutsk vilayətinin sakinləri tərəfindən tənqid edilib. Sosial şəbəkələrdə heykəlin mövcudluğu müzakirələrə səbəb olmuşdu.

 

Nigar

 

Избранный
13
oxu24.com

1Источники