RU

Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur - Azərbaycan XİN

Bakı. Trend:

Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilikmərkəzində baş verən yanğında ölən və yaralananlar arasındaAzərbaycan vətəndaşı yoxdur.

Bu barədə Trend-in sorğusunacavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadə deyib.

Qeyd edək ki, baş vermiş dəhşətli yanğında ölənlərin sayı 66nəfərə çatıb, 51 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbərolunub.

Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlumolmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədənbaşladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.

Yanğınla əlaqədar istintaq başlanılıb.

Xatırladaq ki, daha öncə Trend-in sorğusuna cavab olaraqAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibiAyxan Hacızadə bildirmişdi ki, Türkiyənin Bolu vilayətində yerləşənKartalkaya dağ-xizək kurortundakı mehmanxanada baş verən yanğınnəticəsində ölən və yaralananlar arasında Azərbaycanvətəndaşlarının olub-olmadığı araşdırılır.

Məqalədə:
Избранный
12
42
az.trend.az

10Источники