RU

Momo Yansane “Sumqayıt”da

Gürcüstanın “Torpedo” (Kutaisi) klubunun qvineyalı hücumçusu Momo Yansane bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Sumqayıtın eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildriilir ki, dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini hücumçu ilə gücləndirib. Sözügedən klub son olaraq Kutaisi “Torpedo”sunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda da çıxış edib. O, 2024-cü ilin iyul ayında qoşulduğu “Torpedo”da 13 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Yansane Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb. Amma hücumçuya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Qvineya yığmasında sonralar ehtiyac duyulmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 350 min avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Yansane “Sumqayıt”ın bu qış fasiləsində ilk transferidir. Sözügedən klub buna qədər Fernando Medeyros və Rəhim Sadıxovla yollarını ayırmışdı.

Избранный
31
24
arena.az

10Источники