RU

Keçmiş ərinin intiharından sonra xəstəxanaya düşən rusiyalı ifaçının planları məlum oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Keçmiş ərinin intiharından sonra xəstəxanaya düşən Rusiyalı məşhur müğənni, "Via-Qra" qrupunun sabiq üzvü Anna Sedokovanın planları məlum olub.
Oxu.Az-ın 360.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə onun prodüseri Sergey Dvortsov danışıb.
Onun sözlərinə görə, ifaçı əsəb sarsıntısına görə düşdüyü tibbi müəssisədən hələ Yeni ildən əvvəl çıxıb. O, qış bayramlarında Mayamiyə səfər edib, hazırda fəal şəkildə konsert fəaliyyətinə hazırlaşır.
"Şübhəsiz ki, Sedokova özünü yaxşı hiss edir. Bildiyim qədər, o, qastrol səfərlərinə hazırdır", - deyə Dvortsov vurğulayıb.
Xatırladaq ki, dekabrın 17-də müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timmanın Moskvada intihar etdiyi məlum olub. Onun telefonunda "Annaya zəng edin" və telefon nömrəsi yazılmış ekran şəkli olub.
Məsələ burasındadır ki, basketbolçu bundan əvvəl Sedokovanı şantaj edib ki, ona qayıtmasa, özünü öldürəcək. Yanis, hətta keçmiş həyat yoldaşının paylaşımına özünün ölüm tarixini də yazıbmış.
Yanis Timma ilə faciədən sonra Anna Sedokova xəstəxanalıq olub. Müğənni ağır vəziyyətinə görə qastrol turunu ləğv etmişdi.
Избранный
10
50
oxu.az

10Источники