Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İtaliyaya səfər çərçivəsində Romada yerləşən Azərbaycan səfirliyini ziyarət edib. S.Qafarova binada yaradılan şəraitlə və səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub.
Məlumat verilib ki, səfirliyin iş otaqlarında diplomatik korpusun əməkdaşları üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında isə Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycan haqqında dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib.
Mətləb Salahov