"Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkisi günü 18 yaşı tamam olan ilk dəfə səs verəcək 153 seçiciyə xüsusi kartlar paylanacaq".
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu seçkidə ilk dəfə səs verəcək şəxslərin sayı 29 min 172 nəfərdir.