ABŞ-da 'milli təhlükəsizlik' səbəbiylə 12 saatlıq bağlanan və yeni prezident Trampın sərəncamından sonra yenidən açılan TikTok-un indi də satılacağı gündəmdədir. Tramp öz seçimini açıq şəkildə ifadə edib. Elon Musk və ya Larry Ellison TikTok-u ala bilər.
ABŞ-da 170 milyon istifadəçisi olan Çin mərkəzli sosial media nəhəngi TikTok, Ali Məhkəmənin qərarından sonra keçən bazar günü müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Məhkəmə qərarı, ByteDance şirkətinə məxsus TikTok-un ABŞ firmasına satılmadığı təqdirdə "milli təhlükəsizliyə təhdid" yaratdığı səbəbilə ABŞ-da qadağan edilməsini şərtləndirdi.
ABŞ-ın yeni prezidenti Donald Tramp TikTok-un köməyinə gəlib. Tramp bazar ertəsi verdiyi sərəncamla qanunun icrasını 75 gün gecikdirəcəyini açıqlayıb.
Elon Musk və ya Larry Ellison
Yanvarın 20-də Ağ Evdə ikinci səlahiyyət müddətinə başlamaq üçün and içən Tramp, Tesla və SpaceX-in baş direktoru İlon Maskın və ya Oracle-ın baş icraçı direktoru Larri Ellisonun TikTok-u satın almasını istədiyini açıqlayıb.