RU

“Bilirdim ki, bu sual mənə veriləcək” - Elvin Cəfərquliyev

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev sabah Avropa Liqasının 7-ci turunda Rumıniyanın “FCSB” klubuna qarşı keçiriləcək matçdan öncə konfransda iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, o, matçla bağlı düşüncələrini bölüşüb: 

“Bir az həyəcanlıyam. Çünki ilk dəfədir ki, mətbuat nümayəndələrinin önündə konfransa çıxıram. Buna görə məni üzrlü sayarsınız. Biz evdə oynayırıq. Sabah qələbə qazanmağa çalışacağıq, azarkeşlərimizi sevindirmək istəyirik”.

- Fasilədən sonra ilk Avropa Liqa oyunudur. Özünü hazır hiss edirsən oyuna?

- Əlbəttə ki, hazır hiss edirəm. Hazırlığımız çox yaxşı keçib. Həm fiziki, həm də psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı oyun oynayaram. Komandam üçün əlimdən gələni edəcəm.

- Hakimin güzəştə getməyən biri olduğu bildirilir. Bunu nəzərə almısan?

- Hiss edirdim ki, mənə bu sual gələcək. Hər bir oyuna hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən əmələ gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram.

Избранный
7
24
qafqazinfo.az

10Источники