RU

Qurbanov: "Abdolbari Gozalın "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, 52 yaşlı mütəxəssis klub funksionerinin vəfatının ağır itki olduğunu söyləyib:

"Həm klub, həm də Azərbaycan futbolu üçün ağır itkidir. Mənim üzərimdə də əməyi var. O elə bir adam idi ki, hər şeyi düşünərək edirdi. "Qarabağ" üçün etdiklərini sevərək edib. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin".

Qeyd edək ki, "Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri olan Abdolbari Gozal yanvarın 18-də, 75 yaşında vəfat edib. O, “Qarabağ” klubunun fəxri prezidenti idi.

Bizim.Media

Избранный
2
6
bizim.media

9Источники