RU

Murtuza Muxtarovun bağ evi təmir olunacaq – 7 mln. manatlıq layihə

Mərdəkanda neft milyonçusu, xeyriyyəçi Murtuza Muxtarovun ev muzeyində bərpa və yenidənqurma işləri aparılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edilib.

Bərpa və yenidənqurma işləri Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkının yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi çərçivəsində həyata keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bərpa və yenidənqurma işlərinin 7 133 886,68 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, 24 ha əraziyə malik Dendrologiya parkı 1895-1920-ci illərdə Murtuza Muxtarovun istifadəsində olub. Ərazidəki ev neft milyonçusunun bağ evi kimi inşa edilib. Bina Mərdəkanda inşa edilmiş ilk villalardandır.\\Valyuta.az

Избранный
3
6
nocomment.az

7Источники