General Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb.
Virtual sərgi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanıasının rəsmi "YouTube" səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. Erkən yaşda atasını itirən Həzi, atasının çalışdığı zavodda işləməyə başlayıb. Uzun zaman sonra hərbi hazırlıq məktəbinə göndərilib və o məktəbin məktəb rota qəzetinin redaktoru olub.
Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasına vzvod komandiri təyin olunub. Müəyyən zaman çərçivələrində bir çox diviziyalarda komandir və ya komandirin texniki hissə üzrə köməkçisi, hərbi vəzifələrində çalışıb. Həzi Aslanova 1939-cu ildə kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.
Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov Ukraynada Lvov vilayətində xidmət edirdi. 1941-ci ildə alman zirehli qoşunları ilə Həzi Aslanovun batalyonu qeyri-bərabər döyüşə girir. Döyüş zamanı yaralanaraq vəfat edir. Həzi Aslanov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Həzi Aslanov Böyük Vətən Müharibəsi dövründə göstərdiyi şəxsi igidliyinə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur.