Demokrat.az xəbər verir ki, sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.
İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyevin EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirdiyii görüş çərçivəsində baş tutub.
EBRD Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayırıb. Layihənin ümumi dəyəri 410 milyon avro təşkil edir. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.
Layihə EBRD-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir və “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq layihə hökumət üçün prioritetdir.
Layihə başa çatdıqdan sonra Gəncə şəhəri fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam təmin olunacaq, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın riskləri azalacaq. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
10Источники
-
veteninfo.azNaxçıvan şəhərinin su təsərrüfatına baxış ( 15086457)
-
ucnoqta.azBakıda tonlarla su itkiyə gedir - VİDEO ( 15085373)
-
hakimiyyet.azXətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA ( 14972705)
-
pravda.azXətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA ( 14972675)
-
ekologiya.azAzərbaycan EBRD ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair kredit sazişi imzalayıb ( 14967867)
-
moderator.azAzərbaycan AYİB ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair saziş imzaladı ( 14965881)
-
missiya.azAzərbaycan EBRD ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair kredit sazişi imzalayıb ( 14965577)
-
1news.azAzərbaycan EBRD ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair kredit sazişi imzalayıb ( 14965439)
-
demokrat.azGəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair kredit sazişi imzalandı ( 14965351)
-
azadmedia.azAzərbaycan EBRD ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair kredit sazişi imzalayıb » AzadMedia.az ( 14965231)