Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb. Yeniavaz.com xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb. “DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, - məlumatda deyilib. Türkiyə Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-u xəstəxanadan buraxılıb, 12 nəfərin müalicəsi davam edir.