RU

ÇL: "Real"dan darmadağın, "Bavariya"dan sürpriz nəticə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının liqa mərhələsində VII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Real Madrid" "Zalsburq"u sınağa çəkib.
Rəqibin qapısından 5 qol keçirən kral klubu öz qapısında cəmi bir top görüb - 5:1.
Turun maraqlı qarşılaşmalarından biri Niderlandda baş tutub. "Feyenoord" "Bavariya"nı qəbul edib. Görüş gözlənilməz nəticə ilə başa çatıb. Belə ki, almanlar meydan sahiblərinə 3:0 hesabı ilə məğlub olublar.
Digər matçlarda "Sparta Praqa"nın qonağı olan "İnter" minimal hesabla qələbə qazanıb - 0:1. Eyni hesabla "Milan" "Jirona"dan, "Seltik" "Yanq Boyz"dan üstün olub.
"Arsenal" Londonda "Dinamo Zaqreb"in qapısından 3 cavabsız top keçirib - 3:0.
"Şaxtyor Donetsk" isə "Brest"i 2:0 hesabı ilə məğlub edib.
Избранный
4
50
oxu.az

10Источники