RU

79 nəfərin yanaraq öldüyü otellə bağlı qərar verildi

Türkiyənin Kartalkaya dağ-xizək kurortunda yanan və 79 nəfərin ölümünə səbəb olan “Grand Kartal” oteli söküləcək.

Söz.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Ekspertizanın nəticələrinə əsasən müvafiq qərar qəbul edilib. 

Belə ki, mütəxəssislər yanğının binanın əsas konstruksiyalarına ciddi ziyan vurduğunu aşkar edərək, gələcəkdə istifadənin mümkünsüz olduğu qənaətinə gəliblər.

Xatırladaq ki, yanğın nəticəsində xəsarət alanların sayı isə 51 nəfərdir. 



Избранный
9
soz.az

1Источники