RU

Can borcunu yüksək vəzifəyə təyinatla ödədi

ABŞ prezidenti Donald Tramp ölkənin Məxfi Xidmətinin rəhbəri vəzifəsinə onu Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qoruyan Şon Karranı təyin edib.

"Report"un məlumatına görə, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində bildirib.

"Şon Karranı Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin növbəti direktoru təyin etmək mənim üçün böyük şərəfdir", - deyə Tramp yazıb.

Onun sözlərinə görə, Karran hüquq-mühafizə orqanlarında 23 illik iş təcrübəsinə malikdir - o, 2001-ci ildə ABŞ Məxfi Xidmətində işə başlayıb.

"O, Pensilvaniya ştatının Batler şəhərində öz həyatını riskə ataraq məni qatilin gülləsindən xilas etməklə qorxmazlığını sübut etdi. Mən tam əminəm ki, Şon Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək", - deyə Tramp qeyd edib.

Избранный
13
6
aznews.az

10Источники