RU

Çempionlar Liqasında daha ÜÇ VİDA

Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun ikinci günü bəzi iştirakçıların taleyinə aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, daha 3 komanda avrokuboklarla vidalaşıb.

“Jirona”, “Sparta” və “Zalsburq”un mərhələ adlamaq şansları qalmayıb. Bununla da turnirlə vidalaşacağı dəqiqləşənlərin sayı 9-a çatıb.

Yeddi klub isə mübarizəni davam etdirəcəyini rəsmiləşdirib. Amma onların 1/8 final, yoxsa pley-offa gedəcəyi dəqiqləşməyib. Ümumilikdə belə komandaların sayı 16-ya çatıb. İki klubun 1/8 finala adlaması isə bir gün öncədən bəllidir.

1/8 finala yüksələnlər
“Liverpul”, “Barselona”

1/8 final və ya pley-offa yüksələnlər
“Arsenal”, “Aston Villa”, “Atalanta”, “Atletiko”, “Bavariya”, “Brest”, “Seltik”, “Borussiya” D, “Feyenoord”, “Yuventus”, “Milan”, “Real”, “Bayer”, “İnter”, “Lill”, “Monako”

Avrokuboklarla vidalaşanlar
“Bolonya”, “Srvena Zvezda”, “Leypsiq”, “Slovan”, “Şturm”, “Yanq Boyz”, “Jirona”, “Zalsburq”, “Sparta”

Qeyd edək ki, Liqa mərhələsinin son turunun matçları yanvarın 29-da keçiriləcək.

İdman.biz

Избранный
15
31
idman.biz

8Источники