Banqkokda 2,5 mikrondan kiçik mikrohissəciklərin havanın çirklənmə səviyyəsi təhlükəsiz həddi üç dəfə keçərək insan sağlamlığı üçün təhlükə yaradıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Geoinformatika və Kosmik Texnologiyaların İnkişafı Agentliyi məlumat yayıb.
Məlumata görə, Taylandın paytaxtında son bir neçə saat ərzində mikrohissəciklərlə çirklənmə səviyyəsi hər kubmetr üçün 117 mikroqrama çatıb, səlahiyyətli orqanlar tərəfindən müəyyən edilmiş təhlükəsiz hədd isə hər kubmetr üçün 37,5 mikroqramdır.
Bununla əlaqədar Banqkok səlahiyyətliləri sakinlərə və şəhərə gələn qonaqlara evlərini tərk edərkən maskalar taxmağı, açıq havada uzun müddət qalmamaq və öskürək və nəfəs almaqda çətinlik çəkmə kimi mümkün simptomlara nəzarət etməyi tövsiyə edib.
Çirklənməyə Nəzarət Departamenti Banqkok və onun ətraflarında əlverişsiz ekoloji vəziyyətin yanvarın 25-dək davam edəcəyini proqnozlaşdırır.