RU

Özünü 12-ci mərtəbədən atmışdı... - üzücü xəbər gəldi

Kartalkayada Grand Kartal otelində baş verən yanğın zamanı atası ilə görüntülü danışdıqdan sonra 12-ci mərtəbədən özünü atan Şevval Şahindən üzücü xəbər gəlib. Şevvalın həyat savaşını itirdiyi öyrənilib.

News24.az xəbər verir ki, Bartında yaşayan 25 yaşlı Şevval Şahin 1,5 ay əvvəl “Grand Kartal” otelində ofisiant işləməyə başlayıb.

Yanğın zamanı Şahinin Bartında mağaza sahibi olan atası Erdal Şahinə video zəng etdiyi öyrənilib. Şahinin pəncərədən tullanmaq qərarını isə atası ilə görüntülü danışarkən verdiyi məlum olub.


Məryəm İlhamqızı



Избранный
2
4
news24.az

3Источники