Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək.
“Azərreyl” çempionatın lideri “Murov Az Terminal”la görüşəcək. Saat 16:00-da başlayacaq qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Qeyd edək ki, turun ilk günündə “Gənclər” MOİK-ə 2:3 (25:22, 19:25, 25:20, 20:25, 9:15) hesabı ilə uduzub, “Xilasedici” “Neftçi”ni üç setdə məğlub edib - 3:0 (25:16, 25:23, 25:12).