RU

Avtobus sürücüsü: “Qoy çəksinlər, mənə fərq etmir”

Gəncədə avtobus sürücüsü qınaq obyektinə çevriləcək bütün mümkün hərəkətləri icra edib.

News24.az Gencexeber.az-a istinadla bildirilib ki, sərnişinlər şəhər daxilində hərəkət edən 15 saylı avtobusun sürücüsü tərəfindən kobud qayda pozuntularının şahidi olublar. Onların sözlərinə görə, kişi yolda mütəmadi olaraq təhlükəli manevrlər edib, əyləcdən qəflətən istifadə edib və anidən sürətlənib.

Bundan başqa, sürücü nəqliyyat vasitəsini sürərkən tez-tez telefonla danışıb və ondan təhlükəsizlik qaydalarına riayət etməyi tələb edən sərnişinlərə qarşı kobudluq edib.

Sərnişinlərdən biri sürücünün təhlükəli davranışlarını telefona çəkməyə başlayanda yanında oturan konduktor bu barədə onu xəbərdar edib. O, laqeydliklə: “Qoy çəksinlər, mənə fərq etmir”, – deyə cavab verib.

Sərnişinlər şikayətində aidiyyəti qurumların hadisəni diqqətdə saxlayacaqlarına və qanunu kobud şəkildə pozan şəxs barəsində tədbir görəcəklərinə ümid etdiklərini bildiriblər.



Избранный
12
50
news24.az

10Источники