Ötən ilin sonu Moskva yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə baş vermiş insidentin təfərrüatları məlum olub.
News24.az xəbər verir ki, Moskva prokurorluğunun məlumatına görə, 2024-cü il dekabrın 10-da yol polisi əməkdaşları “Volvo FL10” markalı yük avtomobilinin sürücüsünün sənədlərini yoxlamağa cəhd ediblər.
Sürücü vəsiqəsini polisə göstərməkdən imtina edərək, müfəttişlərin yanında dayanan patrul maşınına çırpılıb və hadisə yerindən qaçıb.
Aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində hücum edənin şəxsiyyəti müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı hazırda cinayət işi davam edir.
Ağa Dadaşzadə