Türkiyənin İzmir şəhərində həbsxanadan qaçan 26 yaşlı Həsən Çırgı həyat yoldaşı, bir uşaq anası olan 25 yaşlı Melisa Çırgı çoxsaylı bıçaq zərbələri ilə öldürüb.
Medianews.az xəbər verir ki, dəhşətli qətldən sonra qaçan şübhəli yenidən tutularaq həbsxanaya göndərilib.
Şübhəlinin 48 cinayət qeydinin olduğu öyrənilib.
Hadisə zamanı Melisa Çırgın təcili yardımla təcili xəstəxanaya çatdırılıb. Müalicə altına alınan M.Çırgı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Gənc qadının cəsədi prokurorun araşdırmasından sonra ekspertiza üçün İzmir Ədliyyə Tibb Təşkilatı meyitxanasına göndərilib.
Medianews.az