AZ

Yemək bişirmədiyi üçün arvadını reanimasiyalıq etdi

Türkiyədə ər Yunus Qorqud yemək bişirmədiyi üçün 25 yaşlı Ummuhan Qorqud adlı qadını vəhşicəsinə döyüb. Hadisədən sonra Yunus Qorqud təcili yardıma zəng edərək həyat yoldaşının huşunu itirdiyini və ağzından köpük gəldiyini bildirib.  

News24.az xəbər verir ki, xəstəxanaya aparılan qadının aparılan müayinələr zamanı bədənində qançırlar və beyin qanaması aşkarlanıb. Qadının beyin əməliyyatından sonra reanimasiya şöbəsində müalicəsi davam etdirilib.

Nəzarətə alınan Yunus Qorqud tutularaq həbsxanaya göndərilib.


Günel Məlikzadə

Seçilən
6
10
news24.az

10Mənbələr