RU

"Mançester Siti" Çempionlar Liqasında son 11 ilin ən pis göstəricisinə imza atıb

İngiltərənin "Mançester Siti" komandası UEFA Çempionlar Liqasında son 11 ilin ən pis göstəricisinə imza atıb.
 
Moderator.az xəbər verir ki, bu, ötən gün Liqa mərhələsinin VII turunda PSJ ilə matçda reallaşıb.
 
Fransa klubuna 2:4 hesabı ilə məğlub olan "şəhərlilər" qitənin ən nüfuzlu klub yarışında 2014-cü ildən bəri ilk dəfə ardıcıl 4 oyunda qələbə qazana bilməyib.
 
Komanda, həmçinin Xosep Qvardiolanın rəhbərliyi altında ikinci dəfə topa sahibolma baxımından ən zəif göstərici ilə yadda qalıb. "Opta"nın məlumatına görə, Mançester təmsilçisinin topa sahibolma faizi 36.9% olub. Bundan daha pis göstərici 2016-cı ilin noyabrında, UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniya təmsilçisi "Barselona" ilə oyunda qeydə alınmışdı - 34.7%.
 
Qeyd edək ki, "Mançester Siti" 7 turdan sonra Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 8 xalla 25-ci pillədə qərarlaşıb.
 
Избранный
3
3
moderator.az

10Источники