RU

Dünya “təmiz” enerjiyə həmişəkindən daha tez keçməkdədir – Ursula fon der Lyayen

Bakı. Trend:

Dünya “təmiz” enerjiyə həmişəkindən daha tez keçməkdədir.

Trend xəbərverir ki, bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya TicarətForumunun “Enerji keçidi üçün hamı göyərtədə” şüuarlı paneldiskussiyasında etdiyi çıxışda Avropa Komissiyasının prezidentiUrsula fon der Lyayen bildirib.

Lyayenin sözlərinə görə, təkcə ötən il “təmiz” enerjiyə çəkilənqlobal xərclərin miqdarı rekord 2 trilyon dollara çatıb.

“Bərpaolunmayan yanacağa qoyulan yatırımın hər dollarına, bərpaoluna bilən enerjiyə qoyulan investisiyanın 2 dolları düşür. Enerjisektorunda isə “təmiz” enerjiyə qoyulan investisiyalarbərpaolunmayan yanacağa qoyulan investisiyaları 10 dəfə üstələyir”,-deyə Ursula fon der Lyayen bildirib.

O bildirib ki, belə bir keçid COP28 konfransında təsbit olunmuşçoxillik səylərin və ambitsiya məqsədlərinin nəticəsi olub.

“ Biz 2030-cu ilə qədər bərpaoluna bilən enerjidən istifadəni üçdəfə, enerji səmərəliliyini isə iki dəfə artıracağımızı bəyanetmişik. Görünən odur ki, “təmiz” enerjiyə keçid artıq başverməkdədir və o uzun müddət qalacaq. Bu təkcə planetimiz üçünyaxşı xəbər deyil . Bu həm də innovasiyalar üçün yaxşı xəbərdir. Buenerji müstəqilliyi üçün də yaxşı xəbərdir, çünki bu – yerlienerjidir. O bizim evimizdə yaxşı iş yerləri yaradır. Bu həm dəiqtisadi rəqabət qabiliyyəti üçün də yaxşı xəbərdir. Və nəyahət, buenerjiyə görə (kommunal) xərcləri azaldır ki, bu da ev təsərrüfatıvə biznes üçün faydalıdır”, -deyə o bildirib.

Ursula fon der Lyayen bu inkişaf tempinin davamlı olması üçün 3əsas hədəfi ictimaiyyətin diqqətinə çatdırıb:

“İlk növbədə biz tarixi qlobal enerji razılaşmamızındinamikasını qoruyub saxlamalıyıq. Bu qlobal enerji hədəfləri millisəviyyədə müəyyən edilən, NDC adlandırılan ianələrin növbətidalğasında öz əksini tapmalıdır. Biz kollektiv vədləri ölçülməsimümkün olan bir tərəqqiyə çevrilməyilik. Biz Avropada 2030-cu iləqədər bərpaoluna bilən enerji mənbələri üzrə hədəfimizi 42%-dənyüksəyə qaldırmışıq. Bugün biz 23%lik səviyyəyə gəlib çatmışıq, onagörə bizi qarşıda daha çox işlər gözləyir. Bizim elektriktəchizatımızın 50%-i bərpaoluna bilən mənbələrdən daxil olur. Ammabildiyiniz kimi, belə bir prinsip var: ölçürsənsə - deməli edirsən.Məhz bu səbəbdən biz məqsədlərimizə nə dərəcədə nail olduğumuzuölçə bilmək üçün Beynəlxalq enerji agentliyi ilə etibarlıtərəfdaşlığa güvənirik”, -deyə o bildirib.

O eyni zamanda hədəflərin konkret layihələr şəklindəgerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.

“Bizim ikinci hədəfimiz – bu hədəfləri konkret layihələrəçevirməkdir. Bu səbəbdən COP çərçivəsində Braziliyanın rəhbərliyiilə az təminatlı icmaları elektriklə təmin edən, yeni təmiz sənayesahələri yaradan və təmiz enerjini miqyaslaşdıran layihələrə diqqətayrılacaq. Beləcə, biz bir-birimizdən öyrənərək, ən yaxşıtəcrübələri bölüşərək, konkret layihələrdə real tərəqqiyə nail olabilərik,” – deyə o bildirib.

Избранный
5
10
az.trend.az

10Источники