RU

“Qarabağ” FCSB klubuna məğlub olaraq pley-off şansını itirib

\"Qarabağ\" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına məğlub olub.

AZXEBER.COM xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib. 5 dəqiqə sonra qonaqlar status-kvonu bərpa ediblər. Adrian Şut adını tabloya yazdırıb. 41-ci dəqiqədə \"köhlən atlar” yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David Mikelesku yenidən hesaba tarazlıq gətirib. FCSB kollektivinin heyətində 73-cü dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çaçtmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.
Избранный
5
9
azxeber.com

10Источники