RU

Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar iki həftə sonra başlayacaq

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar iki həftədən sonra başlayacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin hərəkatın teleqramdakı rəsmi kanalında yazıb.

“İki həftədən sonra sazişin ikinci mərhələsi üzrə danışıqlara başlanacaq, bu müddət ərzində üç əsas məsələ müzakirə olunacaq: İsrail qoşunlarının Qəzzadan tam çıxarılması, anklavda daimi atəşkəs və bütün əsirlərin dəyişdirilməsi”, – Cabarin qeyd edib.

O, həmçinin vurğulayıb ki, HƏMAS Qəzza razılaşmasının bütün mərhələlərinin bir-biri ilə bağlı olmasını israr edir.

Избранный
9
37
nocomment.az

10Источники