RU

Ekoaktivistdən Makrona çağırış: Referendum keçir!

Qrenobl meri və ekoaktivist Erik Piol Fransa Prezidenti Emmanuel Makronu kannabisi dekriminallaşdırmaq üçün referendum keçirməyə çağırıb.

Demokratikmusavat.comxəbər verir ki, Piol hazırkı daxili işlər nazirini və onun sələflərini narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səthi mübarizə ilə kifayətlənməkdə ittiham edib.

"Əgər kannabis aradan qaldırılsa, dövriyyənin 50 %-i yox olacaq", - Piol bildirib. Onun sözlərinə görə, heç bir təşkilat, o cümlədən mafiya strukturları gəlirlərin bu cür azalmasından sonra mövcud ola bilməz.

O, həmçinin Makrona bu məsələ ilə bağlı referendum keçirməyi təklif edib: "Bu, problemə birbaşa yanaşmağa imkan verəcək".

Bundan başqa, Piol bir-birini əvəzləyən daxili işlər nazirlərini dekriminallaşdırma məsələsini müzakirəyə çıxarmaqdan imtina etdiklərinə görə tənqid atəşinə tutub. Mer deyib ki, onlar faktiki olaraq narkotik ticarətinə qarşı mübarizəni "öz bizneslərinə" çevirib, yalnız səs-küylü bəyanatlar verməklə və uzunmüddətli təsiri olmayan tədbirlərlə kifayətləniblər.

Fransada Narkotik vasitələr və narkotik aludəçiliyinin monitorinqi Rəsədxanasının (OFDT) məlumatına görə, kannabis ölkədə ən populyar narkotik vasitə olaraq qalır. 2023-cü ildə 5 milyon insan onun istifadəçisi olub. Eyni zamanda kokainə tələbat rekord həddə çatıb - təxminən 1,1 milyon insan ildə ən azı bir dəfə onu istifadə edir.(Report)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
13
7
Demokratikmusavat.com

9Источники