Avropa enerji resursları məsələsində Rusiya ilə yox, ABŞ və digər qlobal tərəfdaşlarla daha sıx əməkdaşlıq etməlidir.
“SeherXeber.org ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
O bildirib ki, enerji resursları məsələsi, xüsusilə neft amili sülh və real təhlükəsizlik üçün ən kritik amillərdən biri olaraq qalır.
V.Zelenski, həmçinin qeyd edib ki, güc vasitəsilə sülhə nail olmaq mümkündür: “Biz buna inanırıq. Əsas odur ki, ləngiməyək və Rusiyaya təzyiqi saxlayaq”.