RU

Rusiyanın ABŞ-dakı keçmiş səfiri Trampa məsləhətlər verib

Rusiyanın ABŞ-dakı keçmiş səfiri Anatoli Antonov bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna rejiminə maliyyəni dayandırmaqla Ukraynadakı münaqişəni dayandırardı...

Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən xəbər verir.

"Donald Tramp bu gün ABŞ-ın Kiyevdəki rejimə hərbi və maliyyə dəstəyini dayandırdığını desə, bir barmağı ilə Ukraynadakı hərbi əməliyyatları çox asanlıqla dayandıra bilər", Antonov deyib.

O, Trampın Rusiya Federasiyasının narahatlığını nəzərə almağa hazır olduğunu nümayiş etdirməsini münaqişənin sona çatması üçün başqa amil adlandırıb.

Qeyd edək ki, yanvarın 23-də Amerika lideri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmədiyini, lakin Rusiya rəhbərliyi Ukraynadakı münaqişənin tez bir zamanda həllinə gəlməsə, bunu edəcəyini bildirib.

Poliqon.info

Избранный
4
50
poliqon.info

10Источники