UEFA Avropa Liqasının əsas mərhələsində VII tura yekun vurulub.
Msport.az xəbər verir ki, son oyun günündə 16 qarşılaşma keçirilib.
“Mançester Yunayted” İngiltərədə Şotlandiyanın “Reyncers” klubunu 2:1 hesabı ilə məğlub edib.
İngiltərənin digər təmsilçisi “Tottenhem” isə Almaniyada “Hoffenhaym”ı üstələyib – 3:2.
UEFA Avropa Liqası, Liqa mərhələsi, VII tur
“Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) – 0:0
“Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) – 2:3
“Malmö” (İsveç) – “Tvente” (Niderland) – 2:3
“Budyo Qlimt” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1
“Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) – 0:1
“AZ Alkmaar” (Niderland) – “Roma” (İtaliya) – 1:0
“Viktoriya” (Çexiya) – “Anderlext” (Belçika) – 2:0
“Hoffenhaym” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:3
“Elfsborq” (İsveç) – “Nitsa” (Fransa) – 1:0
“Ayntraxt” (Almaniya) – “Ferentsvaroş” (Macarıstan) – 2:0
“Union” (Belçika) – “Braqa” (Portuqaliya) – 2:1
PAOK (Yunanıstan) – “Slaviya” (Çexiya) – 2:0
“Latsio” (İtaliya) – “Real Sosyedad” (İspaniya) – 3:1
“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 2:1
“Ludoqorets” (Bolqarıstan) – “Midtülann” (Danimarka) – 0:2
RFS (Latviya) – “Ayaks” (Niderland) – 1:0
Qeyd edək ki, VII turun açılış matçında Türkiyənin “Qalatasaray” komandası evdə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə məhsuldar heç-heçə edib – 3:3. Türkiyənin digər təmsilçisi “Beşiktaş” isə doğma meydanda İspaniyanın “Atletik” kollektivini 4:1 hesabı ilə üstələyib.