RU

Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub - FOTOLAR

Görüşdə Milli Məclisin üzvü Səbinə Salmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Məfkurə İsmayılova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və digər mediatorlar iştirak ediblər.

QHT.az xəbər verir ki, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov çıxışı zamanı bildirib ki, məqsədimiz, tərəflərin vaxt və maliyyə itkisinə qənaət etməklə, komplekslərdən uzaq, işgüzar və ya şəxsi nüfuzlarını qorumaqla öz aralarında olan mübahisələrinin həllinə nail olmaqda onlara yardımçı olmaqdır. Fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mediasiya prosesinin həyata keçirilməsi” Qaydasının, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə və Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin tövsiyyə və qərarlarına uyğun şəkildə davam etdirən Sumqayıt 1 saylı Mediasiya Təşkilatına 2023-cü və 2024-cü illər ərzində daxil olmuş ailə mübahisələrindən irəli gələn 915 sayda mediasiya müraciəti üzrə barışıq sazişi imzalanmış, 736 mediasiya müraciəti üzrə tərəflər aralarındaki mübahisəni davam etdirmədiyindən iş üzrə icraata xitam verilmiş, 2073 sayda mediasiya müraciəti üzrə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” və 1278 sayda mediasiya müraciəti üzrə isə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” arayış verilmişdir. Nəticə etibarilə Sumqayıt 1 saylı Mediasiya təşkilatında iki il ərzində baxılan ailə mübahisələri üzrə hər iki tərəfin iştirakı ilə keçirilmiiş mediasiya proseslərində 42 % barışıq sazişi əldə olunmuşdur.

Etibar Həsənov həmçinin əlavə edib ki, cari ildə hədəf mediasiya xidmətinin keyfiyyətini artıraraq, daha yüksək nailiyyətlər əldə etməklə mediasiya institutunun inkişafına və nüfuzuna töhfələr verməkdir.

Qeyd edək ki, mediasiya mexanizminin inkişafı, təşkilatlanması və daha mütərəqqi uğurlara imza ataraq, məhkəmələrdə iş yükünün azalmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə şərait yaratmaq məqsədi ilə “Gənclər şəhəri” kimi adlanan Sumqayıt şəhərində mediasiya sahəsində xidmət göstərən təşkilat - Sumqayıt 1 saylı Mediasiya təşkilatı 2023-cü ilin yanvar ayından etibarən fəaliyyətə başlamış və yurisdiksiyasına daxil olan inzibati ərazilər üzrə fiziki və hüquqi şəxslərə kommersiya mübahisələri, mülki, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə xidmət göstərməkdədir.

Избранный
15
3
qht.az

10Источники