RU

Diqqət çatışmazlığı daha qısa ömür sürməyinizə səbəb ola bilər

Diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (DEHB) olan böyüklər yaşıdlarına nisbətən daha qısa ömür sürə bilər.

"Unikal" xəbər verir ki, britaniyalı alimlərin araşdırması "British Journal of Psychiatry" jurnalında dərc olunub.

Bildirilir ki, tədqiqatda 30.000-dən çox insan iştirak edib.   

Tədqiqat ölümün spesifik səbəblərini müəyyən etməyib, lakin DEHB olan insanların siqaret çəkməyə, çox içki içməyə və depressiya, özünə zərər vermə və ya şəxsiyyət pozğunluğu kimi digər sağlamlıq problemlərinə daha çox meylli olduqlarını aşkar edib. 

Alimlər izah edib kii, DEHB tez-tez impulsiv davranış və vaxtı və ya sağlamlığı idarə etməkdə çətinliklərlə əlaqələndirilir ki, bu da daha riskli seçimlərə səbəb ola bilər. Bu problemlər qəzaların və xroniki xəstəliklərin artmasına səbəb ola bilər. 

2022-ci ildə aparılan bir meta-analiz, DEHB olan insanların qəza və ya intihar kimi qeyri-təbii səbəblərdən ölmə ehtimalının təxminən üç dəfə çox olduğunu müəyyən edib. 

Избранный
11
50
unikal.az

10Источники