RU

Keçmiş Ermənistan naziri Avropa Məhkəməsinə müraciət edib – ÖZƏL

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. O, Ermənistan məhkəməsinin onu ev dustaqlığına məhkum edən qərarını şübhə altına alır. 

Olaylar.az xəbər verir ki, bu barədə Kerobyan "Sputnik Ermənistan"a məlumat verib.

Xatırladaq ki, 2024-cü ilin əvvəlində Vaan Kerobyan və İqtisadiyyat Nazirliyinin bir neçə əməkdaşı barəsində cinayət işi başlanmışdı. Onlar intensiv bağların inkişafı proqramı çərçivəsində dövlət vəsaitlərinin mənimsənilməsi və tender iştirakçılarına süni maneələr yaratmaqda ittiham olunublar.

Kerobyan bir neçə ay ev dustaqlığında saxlanılsa da, 2024-cü ilin iyun ayında azadlığa buraxılıb. İndi isə keçmiş nazir ona qarşı irəli sürülən məhkəmə qərarının qanuniliyini beynəlxalq məhkəmədə mübahisələndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
50
olaylar.az

10Источники