RU

İrəvanın bəyanatına KTMT-dən cavab

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatına baxmayaraq, bu ölkəni hələ də özünün müttəfiqi hesab edir.

Axar.az xəbər verir ki, bu barədə TASS-a qurumdakı mənbə bildirib.

“Bəli, Katiblik Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla iş rejimində qarşılıqlı əlaqəni davam etdiririk”, - mənbə bildirib.

Qeyd edək ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti yaydığı hesabatda İrəvanın KTMT-də üzvlüyünün dondurulması prosesini 2025-ci ildə də davam etdirəcəyini bildirmişdi.

Избранный
3
7
axar.az

5Источники