RU

Rusiya 60-a yaxın dronla Ukraynaya hücum edib

Yanvarın 24-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 58 pilotsuz təyyarə  ilə hücum edib. Hava hücumundan müdafiə sistemləri Ukraynanın yeddi bölgəsində fəaliyyət göstərib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrin Telegram-na  istinadən məlumat yayıb.

Rusiyalılar Rusiyanın dörd istiqamətindən: Orel, Kursk, Bryansk və Primorsko-Axtarskdan Ukraynaya pilotsuz təyyarələr buraxıblar.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri 25 PUA aparatı məhv edib. Hava hücumundan müdafiə sistemi Sumı, Kiyev, Çerniqov, Çerkassı, Jitomir, Xmelnitski və Lvov vilayətlərində fəaliyyət göstərib.

"Düşmənin daha 27 pilotsuz təyyarəsi mənfi nəticələr olmadan vurulub".

QAZİLER.AZ

Избранный
24
6
qaziler.az

10Источники