Norveç İdman Elmləri Məktəbinin alimi Kristina Lindqvist Skauq, çoxlu çəki qaldıran və ağır atletlə məşğul olan qadınlarda tez-tez rast gəlinən şikayət olan sidik qaçırmanın təhlükəli olub olmadığını açıqlayıb.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, o , The Guardian ilə söhbətində bu problemdən xəcalət çəkən insanlara məsləhətlər verib.
Skauqun 180 norveçli ağırlıqqaldıran arasında apardığı araşdırma, onların 41,7 faizinin ağırlıq qaldırarkən sidik qaçırma problemindən şikayətləndiyini, respondentlərin 87,8 faizi isə bu yan təsirin atletik performansa mənfi təsir etdiyini bildirdi. Üstəlik, onlar, doğuşdan sonra qadınlardan fərqli olaraq, ümumiyyətlə, çanaq dibinin əzələlərinin zəifliyindən şikayətlənmirlər və digər hallarda sidik qaçırma hissi keçirmirlər.
İdman həkimi daha sonra ağır qaldırma məşqindən əvvəl və sonra çanaq döşəməsi əzələlərinin vəziyyətini ölçən başqa bir araşdırma apardı. Həm də sübut etdi ki, ağır çəkilər yüngül çəkilərdən daha çox çanaq döşəməsinə təsir etmir.
Bu təsirin niyə baş verdiyini bilmirik. Çox güman ki, çanaq dibinin idarə edə bilməsi üçün qarın içi təzyiq çox yüksəkdir. Amma bu təzyiqi ölçmək üçün hələlik heç bir yol yoxdur.
Bu baxımdan, Skauq hesab edir ki, çəki qaldırma zamanı qadınlarda sidik qaçırma güc məşqlərinə əks göstəriş deyil. Yeni zamanda o, əlavə etdi ki, aparatın çəkisini tədricən artırsanız, çanaq döşəməsində yükün tolerantlığını yaxşılaşdıra bilər.
Tərcümə: Könül Oruc