RU

Sakinlərin başına bəla olan "KamAZ"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yararsız vəziyyətdə olan "KamAZ" markalı yük maşınının illərdir Xətai rayonu, Gəncə prospekti, 52 ünvanında saxlanılması burada yaşayan sakinləri narahat edir.
Onların sözlərinə görə, ərazidə zibil qutularının olmasına baxmayaraq, "KamAZ"ın içi də tullantı ilə doludur.
Yük maşını sakinlərin rahat hərəkətinə də mane olur. "Bir ildən çoxdur burada yaşayıram. Evə zibilin qoxusu çox pis vurur. İyə görə pəncərəni də aça bilmirik.
"KamAZ"ın burada dayanması bizə mane olur. Məktəbə gedilən yoldur, üstəlik, sürücülər döngəni rahat dönə bilmirlər", - deyə sakin narazılıq bildirib.
Baku TV problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra qurumdan bildirilib ki, sözügedən ərazidə dayanan yük maşınının içi zibil tullantılarından təmizlənib.
Ətraflı süjetdə:
Избранный
5
50
oxu.az

10Источники