RU

Böyük Britaniya və İrlandiyada nəqliyyatın fəaliyyəti iflic olub

Böyük Britaniya və İrlandiyada tüğyan edən "Eovin" fırtınası səbəbindən dəmir yolu və hava nəqliyyatında fasilələr müşahidə olunur.

“Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Qlazqo, Edinburq və Dublin hava limanlarında yüzlərlə reys ləğv edilib, Şotlandiya və Şimali İrlandiyada qatarların hərəkəti dayandırılıb.

"Gün ərzində aviareyslərin ləğv edilməsi və gecikmələr mümkündür", - Dublin hava limanının saytında məlumat verilib.

Bildirilir ki, İrlandiyada elektrik xətlərinin qırılması səbəbindən 600 minə yaxın yaşayış evi, ferma və ofis binası elektrik enerjisiz qalıb.

Meteoroloqlar küləyin sürətinin saatda 160 kilometrə çatacağını proqnozlaşdırır.

Havar Şəfiyeva

Избранный
11
16
yeniazerbaycan.com

10Источники