RU

“Eovin” qasırğası Britaniya və İrlandiyanda nəqliyyatın işini pozub

“Eovin” qasırğası Böyük Britaniya və İrlandiyada nəqliyyatın pozulmasına səbəb olub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu gün səhər saatlarında əlverişsiz hava şəraiti nəticəsində Qlazqo, Edinburq və Dublin hava limanlarında yüzlərlə uçuş təxirə salınıb.

Şotlandiya və Şimali İrlandiyada isə dəmiryolu nəqliyyatı dayanıb. İrlandiyada elektrik xətlərinin qırılması səbəbindən təxminən 600 min ev, ferma və ofis binası işıqsız qalıb.

İrlandiya Meteorologiya Xidmətinin verdiyi məlumata əsasən, “Eovin” qasırğası müşahidə olunan ən güclü qasırğalardan biridir və küləyin sürətinin saatda 160 kilometrə qədər artacağı gözlənilir. 

Əli Hüseynov 

Избранный
19
16
bakivaxti.az

10Источники