Demokrat.az Teleqraf.com-a istinadən xəbər verir ki, bir müddət əvvəl icra hakimiyyətindəki vəzifəsindən uzaqlaşdırılan M.Həsənov məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda ittiham olunub. M.Həsənov Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq, məhkəmə zalındaca qandallanıb.
Araşdırmalarla müəyyən edilib ki, M.Həsənov icra hakimiyyətindəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra ayrı-ayrı şirkətlərdə çalışıb. Habil İsmayılov adlı şəxsi aldadaraq, onun üçün sosial mənzil almağı təşkil edəcəyi vədi ilə ondan 8600 manat pul alıb. O, pulları internet oyunlarına xərcləyib.