RU

Meymunçiçəyi qorxulu epidemiya deyil - Azərbaycanlı infeksonist

Xəbər verildiyi kimi, ötən həftə Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb.

Məlumatda bildirilib ki, 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Bəs xəstəlik necə yoluxur? Nələrə diqqət edilməlidir?

O bildirib ki, son 3 ilə yaxın müddətdir Afrikada meymunçiçəyinə yoluxmaların sayında artımın olması təkrar gündəmə gəlib:
“Dünyanın bütün ölkələrində yoluxma görülsə də, bu, ciddi bir epidemiyaya səbəb olmur. Çünki xəstəlik sadəcə təmas yolu ilə keçir. Səpkilər olan bir xəstədən başqa bir insana paltar və digər əşyalar vasitəsilə, təmas yolu ilə keçə bilir. Səpkilər bədənin hər bölgəsində görülə bilər. Ancaq daha çox baş, ətraflar və cinsiyyət bölgəsində görülür. Bizdə də belə bir xəstə nəzarət altında müalicəsini davam etdirir. Ciddi bir ağırlaşma riski yoxdur. Həmin şəxs ölkə xaricində meymunçiçəyinə yoluxmuş şəxslə təmasda olub”.

Избранный
7
36
onn.az

10Источники