RU

“Zelenski mələk deyil.., bunu etməməliydi.., mən rusları sevirəm” - Tramp

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinə icazə verməməli idi.


Modern.az xəbər verir ki, Tramp yanvarın 23-də “Fox News”a müsahibəsində deyib:

“Bilirsiniz, o, mələk deyil, bu müharibənin baş verməsinə icazə verməməli idi”.

Tramp qeyd edib ki, Zelenski Rusiya ilə razılığa gəlmək istəyir: “Onun işi kifayətdir”.

ABŞ prezidentinin sözlərinə görə, Ukrayna ordusu “daha ​​böyük, daha güclü ordu” ilə döyüşmək məcburiyyətində qalıb.

“Zelenski bunu etməməli idi, çünki biz razılıq əldə edə bilərdik” deyən Tramp bunun əvəzinə “Zelenski “mən döyüşmək istəyirəm” qərarını verdi” deyib.

ABŞ prezidenti Rusiyanın 30 min tankı olduğunu, Zelenskinin isə praktiki olaraq heç bir tankının olmadığını deyib.

Müsahibə zamanı ABŞ prezidenti bir daha bəyan edib ki, Moskva müharibəni dayandırmaq üçün razılaşmaya razı olmasa, Rusiyaya qarşı “böyük sanksiyalar” tətbiq etməyə hazırdır.

Tramp qeyd edib ki, o, sanksiyalar tətbiq etmək istəmir: “Mən rusları sevirəm, onlar böyük xalqdır”.

Избранный
9
50
modern.az

10Источники