Meksika ABŞ Prezidenti Donald Trampın miqrantları deportasiya etmək qərarından sonra mühacirlər üçün məşğulluq proqramları hazırlamağa başlayıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Claudia Sheinbaum jurnalistlərə açıqlamasında deyib.
\"ABŞ-dən deportasiya olunan meksikalılar üçün təxminən 35 min iş yeri hazırlamışıq. Bu vəzifələr müxtəlif sənaye sahələrini, xüsusilə də istehsal sektorunu əhatə edir\".
Şeynbaum bildirib ki, \"Trampın deportasiya əmri tək meksikalılara aid deyil. Onların ABŞ-dan qovulması milyonlarla insanın Meksika ərazisinə sıxışdırılması deməkdir. Bu bizdə narahatlıq yaradır”.
Qeyd edək ki, sərhəd ölkə olduğu üçün ABŞ-dən çıxarılan bütün miqrantlar tranzit ölkə olaraq Meksikaya göndəriləcək.
Cəmalə