Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.
Leqal.info “Japan News”a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba deyib.
"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək", - o vurğulayıb.
Baş nazir 2024-cü ildə də Yaponiya hökumətinin Rusiya ilə sülh müqaviləsi bağlamağa və nəhayət, “şimal əraziləri ilə bağlı problemi həll etməyə” ümid etdiyini xatırladıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта