RU

Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Vaşinqton şəhərinə uçan təyyarənin Nigeriyanın Laqos şəhərinə məcburi eniş etməsi nəticəsində azı 38 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Sun" nəşri məlumat yayıb.
"Dörd sərnişin və iki ekipaj üzvü ağır, daha 27 sərnişin və beş ekipaj üzvü isə yüngül xəsarət alıb", - məlumatda bildirilir.
Qeyd olunur ki, təyyarə Laqosdan Vaşinqtona uçurdu, lakin texniki nasazlıq səbəbindən uçuşun ortasında pilotlar hava gəmisini limana qaytarmaq məcburiyyətində qalıblar.
Məlumata görə, təyyarənin göyərtəsində 245 sərnişin və 11 ekipaj üzvü olub. Enişdən sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib.
Избранный
25
12
oxu.az

10Источники