Türkiyənin Konya şəhərində üçmərtəbəli bina çöküb.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Selçuklu rayonunda qeydə alınıb.
Binada 3-4 nəfərin olacağı ehtimalı ilə axtarma-xilasetmə işlərinə başlanılıb.
Əraziyə AFAD əməkdaşları, ambulanslar və polis qüvvələri cəlb olunub.
***
İki nəfərin xilas edildiyi bildirilir. Dağıntılar altında 5 nəfərin olduğu ehtimal edilir.
***
“Anadolu” agentliyinin məlumatına görə, dağıntılar altında qalan 3 nəfər xilas edilib.
Daha iki nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.