Xəbər verdiyimiz kimi, ötən gün Konyada 4 mərtəbəli bina uçub. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, 12 saat davam edən axtarış-xilasetmə əməliyyatı başa çatıb. Hadisə nəticəsində iki nəfər öz imkanları ilə çıxıb, 3 nəfər isə axtarış-xilasetmə işlərindən sonra dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılıb. Dağıntılar altında qalan iki nəfərin cəsədi çıxarılıb.